Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanıb
21.09.12 14:47

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış şöbəsi fəaliyyətə başladığı gündən həyata keçirdiyi 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov  “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Z.Qaralov bildirib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyub. Onun sözlərinə görə,  əməliyyat axtarış fəaliyyətinin prokurorluq orqanları üçün yeni bir sahə olduğundan, korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflərin hazırlanması Milli Fəaliyyət Planında icrası prokurorluq orqanlarına həvalə edilən məsələ kimi nəzərdə tutulub. Bu fəaliyyətin təkcə latent olan rüşvət cinayətlərinin deyil, habelə vəzifədən sui-istifadə ilə bağlı digər cinayət növlərinin aşkar edilməsi istiqamətində genişləndirilməsi, korrupsiya cinayətlərinin açılması üzrə idarənin qoşulması nəzərdə tutulan elektron informasiya bazaları və sistemlərindən istifadə edilməsi, əldə edilən məlumatların düzgün və məqsədəuyğun emalı və təhlili, korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi ilə əlaqədar işin gücləndirilməsi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-7137.html