Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » BMT-nin baş katibi dünya liderlərini qınadı
20.09.12 14:47

BMT-nin baş katibi Pan Ki Mun 67-ci sessiyadan əvvəl mətbuat nümayəndələri ilə görüşüb. Munun gündəliyindəki əsas məsələlər müsəlmanları təhqir edən film və Suriya olub. Baş katib iki il əvvəlki karikatura böhranını xatırladaraq yenə də eyni şeyin edildiyini deyib və bunun utancverici, tərbiyəsizcəsinə bir davranış olduğunu vurğulayıb: “Yenə insanların dəyərlərinə, inanclarına hücum edərək provokasiyaya çəkməyə çalışırlar. Dünyadakı bütün insanların, icmaların, xalqların inanclarına, dəyərlərinə, mədəniyyət və tarixinə hər kəs dərindən hörmət etməlidir”.
Mun müsəlmanları təhqir edən filmə reaksiya verməyənləri də qınayıb. BMT-nin 193 üzvünün olduğunu xatırladan Ban Ki Mun: "Bir haqsızlıq, hörmətsizlik, qeyri-tolerantlıq olunca bütün dünya liderləri reaksiya verib birlikdə olduqlarını göstərməlidirlər” deyib.
URL / WWW
http://kelam.az/article/a-7136.html