Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Peşə bayramı günündə 96 neftçiyə yeni mənzil verilib
20.09.12 14:46

Neftçilər günü münasibəti ilə Bakının Badamdar qəsəbəsində, Əziz Nəzərov küçəsi 76 ünvanında ev növbəsinə dayanmış neftçilər üçün tikilmiş iki bloklu 96 mənzilli yaşayış binası istifadəyə verilib. ARDNŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri binaya gələrək, mənzillərdə yaradılmış şəraitlə tanış olublar. R.Abdullayevə məlumat verilib ki, binanın tikintisini ARDNŞ-nin də təsisçisi olduğu “Neftçi” Mənzil Tikinti Kooperativi həyata keçirib. Bina 13 mərtəbədən və 96 mənzildən ibarətdir. Mənzillərdən 60-ı 3 otaqlı, 36-sı isə iki otaqlıdır. Mənzillər tam təmir olunmuş və mətbəx mebeli ilə təmin edilib.
Qarşıdakı illərdə Bibiheybətdə 1200 neftçi ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni şəhərcik salınacağını bildirən ARDNŞ prezidenti R.Abdullayev evlə təmin olunan neftçilərə mənzillərin açarlarını təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-7130.html