Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əhalinin sosial müdafiəsi mərkəzlərinin əksəriyyəti elektron imza ilə təmin edilib
20.09.12 14:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrində də müvafiq əməkdaşların elektron imza ilə təmin edilməsi işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub. Daha bir elektron imza sertifikatı yaxın günlərdə Xidmətin Sosial xidmətin təşkili sektorunun müdirinə veriləcək. Xidmətdə inzibati vəzifə tutan digər əməkdaşların da elektron imza sertifikatı ilə təmin olunması işləri davam etdirilir. Bununla yanaşı ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılmasına başlanılıb. Artıq 39 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzində ünvanlı yardımların ödənişi mərkəzləşdirilmiş qaydada elektron imza sertifikatları vasitəsi ilə həyata keçirilir. Bununla bağlı olaraq, Xidmətin strukturuna daxil olan 75 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzindən 68-i artıq elektron imza sertifikatı ilə təmin edilib. Yaxın müddətdə digər mərkəzlərə də elektron imza sertifikatı veriləcək. Ümumilikdə bu vaxtadək nazirliyin Aparatı və struktur bölmələri üzrə 195 ədəd elektron imza sertifikatı alınıb.
URL / WWW
http://kelam.az/article/a-7129.html