Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “Jirinovski, liberallıq heç də simasızlıq demək deyil”
19.09.12 14:45

«Görünən odur ki, Jirinovski erməni oliqarxlarını Ermənistan ordusunun güclənməsi üçün yardımları artırmağa çağırarkən özünü də unutmayıb». “KƏLAMİNFO” xəbər verir ki, bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova özünün «Facebook» səhifəsində bildirib. B.Muradova qeyd edir ki, çünki o, elə növbəti fikirlərində onları xəsislikdə ittiham edir və eləcə də erməni xalqına hər zaman dəstək olduğunu və bundan sonra da olacağını bəyan etməklə yanaşı, özünü də yaddan çıxarmamalarını və dəstək vermələrini xahiş edir. «Burada xoruzun quyruğu aydın görünür. "Cənab" kloun siyasətçi (P.S. həmkarım Z.Əsgərova təşəkkür edirəm), yoxsa Qudkovdan sonra sizin də maliyyə mənbələrinizin nəzarət altına alınacağından qorxursunuz? Odur ki, indidən qaranlıq gələcəyinizə erməni oliqarxlarının çirkli pul yardımları ilə işıq salmaq istəyirsiniz? Amma əmin olun ki, tarixən o pullar bədbəxt erməni xalqını daha çox faciəyə sürükləyib onu əhatə edən qonşuları ilə düşmənçilik həddinə gətirib, sabaha inamlarını qırıb, əlləri hər yerdən üzülmüş halda sizin kimi avantürist bir siyasətbazın ümidinə qoyub. Bir də sizin Azərbaycanlılara qarşı hər yerdə və bütün səviyyələrdə "terrora çağırışınızı" dəstəkləsələr, lap həyatın dibinə yuvarlanacaqlarına əminəm. Bir də Vladimir Volfoviç daha yaxşı olar ki, siz heç kimi dəstəkləməyəsiniz, özünüzün ona çox böyük ehtiyacınız olduğu halda. Çünki liberallıq heç də simasızlıq demək deyil. Bunu dərk edən liberal-demokratlar özləri sizdən hesab soracaqlar, özünüzlə birlikdə onları da terrora dəstəkçilərin sırasına qoşduğunuz üçün» - deyə vitse-spiker vurğulayır.
URL / WWW
http://kelam.az/article/a-7125.html