Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir
19.09.12 14:45

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, dəyişiklik barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, bu, dəyişiklik Milli Məclisə Azərbaycan Prezidentinin imzası ilə daxil olub. Dəyişikliyə əsasən fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir. Qanunun 8 maddəsində əlavə olaraq göstərilir ki, milli təhlükəsizlik, sərhəd xidməti, mirqasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər orqanları və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə yanaşı, fövqəladə hallar orqanlarında da arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək. Müzakirələr zamanı deputat Rəfael Hüseynov bildirib ki, bu qanuna gələcəkdə də əlavə dəyişiklər edilməsi vacibdir: “Yəni həmin arxivlərdə elmi-tədqiqat işlərinin aparılması üçün qanunda dəyişikliklər edilməlidir”. Müzakirələrdən sonra dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu.
URL / WWW
http://kelam.az/article/a-7124.html