Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rasim Ağayev: “Jirinovski kimi bir dəlidən də doğru xəbər var”
17.09.12 20:03

“Əgər Ermənistanın prezidenti səviyyəsində Azərbaycan terrorla hədələnirsə və Rusiya Dövlət Dumasının vitse-spikeri V.Jirinovski səviyyəsində buna dəstək nümayiş olunursa, deməli, bizə qarşı dövlət səviyyəsində terror aktı gözlənilir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O qeyd edir ki, ermənilər Ramil Səfərovla bağlı, ümumiyyətlə, bu məsələ ilə əlaqədar dünya azərbaycanlılarına qarşı terror aktlarına əl atsalar, bu, qlobal xaos yaradacaq və ilk andan ermənilər özləri siyasi cəhətdən uduzacaqlar: “Fikrimcə, bütün bunlara qarşı Azərbaycan hökuməti ölkə daxili üçün deyil, ilk növbədə beynəlxalq ictimaiyyətə istiqamətli öz təbliğatını qurmalıdır. Hamıya məlumdur ki, ermənilər tarixən terrorla məşğul olublar və hər zaman azərbaycanlıları qırıblar”. R.Ağayev deyir ki, hazırkı anda Ermənistan rəhbərliyi xarici qüvvələrdən istifadə edib, Azərbaycana təzyiqləri artırmaq istiqamətini seçəcək. Ona görə də ilk zərbəni oradan gözləmək lazımdır”. Politoloq V.Jirinovskinin bəyanatının da məhz dünya ermənilərinə dəstək kimi xarakterizə edib: “Bizdə bir məsəl var, “dəlidən doğru xəbər” - elə V.Jirinovski kimi bir dəlidən də doğru xəbər var: o bizə ediləcək terrorun dəqiq ünvanının “düyməs”inə basmağa cəhd edib”.
URL / WWW
http://kelam.az/article/a-7118.html