Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İqtisadi siyasət komitəsinin payız sessiyası çərçivəsində görüləcək işləri müzakirə olunub
17.09.12 20:03

Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında payız sessiyası çərçivəsində görüləcək işlər müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, komitənin gündəliyi barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib. Z.Səmədzadə bildirib ki, payız sessiyası gərgin iş qrafiki ilə seçilir: “Belə ki, sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketi müzakirə olunacaq. Bundan başqa, komitə bir sıra qanun layihələrini parlamentin plenar iclasına təqdim edəcək. Bunlar “Təhsil krediti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətləndirmə haqqında” və “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihələri və Rəqabət Məcəlləsidir”. Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olunub.
URL / WWW
http://kelam.az/article/a-7113.html