Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rəqabət Məcəlləsi bu il qəbul oluna bilər
18.09.12 02:03

Bu il Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanıb başa çatdırılması gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mili Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. O qeyd edib ki, bu məcəllə Azərbaycanın iqtisadi inkişafı üçün zəruridir və qəbul edildiyi təqdirdə rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq: “Mən bu haqda müvafiq qurumlarla, o cümlədən iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə də danışmışam. Qərara almışıq ki, bu sessiyada məcəllə üzərində müzakirələri gücləndirək və bu il hazırlayıb başa çatdıraq”. Məcəllə komitənin payız sessiyasının gündəliyinə də salınıb.
URL / WWW
http://kelam.az/article/a-7112.html