Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda bu gün 461 nəfər prokurorluq orqanlarında işləmək üçün imtahan verir
14.09.12 03:35

Bu gün Azərbaycanda prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. İmtahanı TQDK Baş Prokurorluqla birgə aparır. İşə qəbulla bağlı ərizə qəbulu Baş Prokurorluq tərəfindən aparılıb. Azərbaycan Respublikası Prokurorluğunda 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 461 nəfərin namizədliyi qeydə alınıb. Saat 10-da başlayan imtahan 3 saat davam edəcək. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. İxtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahanın nəticələri bu gün TQDK-nın rəsmi internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək. 2002-ci ildən indiyədək TQDK ilə əlaqəli şəkildə Baş Prokurorluq üzrə 6, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə isə 4 müsabiqə keçirilib, həmin müsabiqələr zamanı prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənəd vermiş ümumilikdə 3083 nəfər namizəddən uğur qazanmış 499 nəfəri prokurorluq orqanlarına qulluğa qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-7104.html