Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Yaponiyanın xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib
13.09.12 19:35

Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba Azərbaycanlı həmkarı Elmar Məmmədyarova təbrik məktubu göndərib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, təbrik məktubunda iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə mövcud münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Azərbaycanı Yaponiyanın Cənubi Qafqazda ən əsas partnyoru adlandıran Yaponiya xarici işlər naziri siyasi və iqtisadi sahədə yaxın əməkdaşlıq münasibətlərinin mövcudluğundan məmnunluğunu qeyd edib. Həmçinin cari ilin mart ayında Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın dövlət başçısının başsağlığı mesajına və göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.Beynəlxalq arenada Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi mühüm rol oynadığı və Yaponiyanın bu istiqamətdə ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğu qeyd edilib. Bununla yanaşı, Yaponiya tərəfi GUAM+Yaponiya formatı çərçivəsində bu il təşkilata sədr ölkə kimi Azərbaycanla birgə işləmək niyyətini bildirib.
URL / WWW
http://kelam.az/article/a-7103.html