Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elman Abdullayev: “Dünya ictimaiyyəti terror təhdidlərinə təcili reaksiya verməlidir”
13.09.12 19:35

“Azərbaycan terrorla aktiv mübarizə apardığı bir vaxtda erməni terror təşkilatı Azərbaycan və Türkiyə diplomatlarına qarşı açıq terror təhdidləri ilə çıxış edir. Az öncə ASALA, indi isə Nor ASALA təşkilatının hədələri buna bariz misaldır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, bu təhdidlər cəzasız qalmamalıdır və dünya ictimaiyyəti təcili buna reaksiya verməli, konkret mövqelərini ortaya qoymalı, erməni terrorizminə qarşı birgə səy göstərməlidir: “Azərbaycan terrora qarşı mübarizəsini bundan sonra da davam etdirəcək. Əgər Ermənistan terror yolunu seçibsə, Azərbaycan da terrora qarşı mübarizə metodunu seçib”.
URL / WWW
http://kelam.az/article/a-7102.html