Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Diplomatlarımızı hədələyən ASALA-nın yeni variantıdır
13.09.12 19:34

Nor ASALA (yeni ASALA) adlı erməni təşkilatı tərəfindən Azərbaycanın xaricdəki bir sıra diplomatik nümayəndəliklərinə terror hədəsi ilə dolu məktublar daxil olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Məktubda azərbaycanlı zabit Ramil Səfərovun əfv olunmasına, eyni zamanda guya tarix boyu “erməni soyqırımı”na cavab olaraq türk və azərbaycanlı diplomatlar hədəf götürülüb. O da qeyd olunur ki, bu təşkilat erməni terror təşkilatı ASALA-nın yeni variantıdır və Livanda yaranan bu təşkilat İranın dəstəyi ilə formalaşıb. Məktub 11 bənddən ibarətdir və hər bənd ayrı-ayrı hədələrə əsaslanıb.
URL / WWW
http://kelam.az/article/a-7101.html