Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dini icmalar qeydiyyatdan keçir
02.02.10 15:37

Yanvarın ortalarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yenidən qeydiyyatdan keçən dini icmalara şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirildi. Tədbirdə çıxış edən DQİDK-nin sədri  Hidayət Orucov bildirdi ki, “Dini etiqad azadlığı haqqında” AR Qanuna əlavə və dəyişiklik edilənə qədər ölkədə 534 dini icma qeydiyyatdan keçib. Yeni qanundan sonra cari il yanvarın 1-nə kimi komitəyə qeydiyyatla bağlı 700 müraciətin daxil olduğunu diqqətə çatdıran H.Orucov qeyd edib ki, bu günə qədər ümumilikdə 155 dini icmaya şəhadətnamələr verilib. Onun sözlərinə görə, hazırda digər müraciətlərə komitənin müvafiq şöbəsində baxılır. Yeni qanunun qəbul edilməsinin ölkədə tolerantlığın bir nümunəsi olduğunu söyləyən H.Orucov bildirdi ki, təmayülündən asılı olmayaraq Azərbaycanda qanuni fəaliyyət göstərmək istəyən dini icmalara normal şərait yaradılır. O, ölkədəki məscidlərin sayına da toxunub və bildirib ki, Sovet dövründə Azərbaycanda 18 məscid olub və indi bunların sayı 1802-dir.  Sonra H. Orucov Ağdaş, Lənkəran, Zaqatala, Şamaxı, Dəvəçi, Quba, Göyçay, Xaçmaz, Astara, Qazax, İsmayıllı, Qəbələ, Balakən, Biləsuvar, Goranboy  və Ucar rayonlarında fəaliyyət göstərən 35 dini icmaya yeni şəhadətnamələr təqdim edib.

Filippin açıqlaması son dərəcə məsuliyyətsiz addımdır

H.Orucov Moskva Patriarxlığınin rəsmisi, iyeromonarx Filippin açıqlamasına da münasibət bildirib. H.Orucov bildirib ki, iyeromonarx Filippin açıqlaması son dərəcə məsuliyyətsiz addımdır.
Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavininin açıqlamasından təəssüfləndiyini diqqətə çatdıran H.Orucov qeyd edib ki, bu, məsuliyyətsiz sözlərdir.  “Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Nəyə görə belə bir səhvə yol verilib? Nə üçün Dağlıq Qarabağdakı kilsə ilə İrəvan və Gümrüdəki kilsə eyniləşdirilir? Niyə onlar Azərbaycandakı - Bakı, Gəncə və Xaçmazda olan kilsələrin adını çəkmirlər? Belə məsuliyyətsiz açıqlama vermək olmaz. Mən bu açıqlamanı verəni şəxsən tanımıram. Hesab edirəm ki, iyeromonarx qeyri-dəqiq, düşünülməmiş, hərənin bir cürə yoza biləcəyi ifadə işlədib”,-deyə H.Orucov əlavə edib. Komitə sədri məsələ ilə bağlı Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandrla telefonla danışdığını da söyləyib. “Ona çox ciddi iradlarımı bildirdim. O, da öz növbəsində söz verdi ki, bu məsələ ilə məşğul olub məlumat verəcək”,-deyə H.Orucov açıqlamaya münasibətini ifadə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuat konfransı keçirən Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavini, iyeromonax Filipp (Ryabıx) Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Ermənistana marta nəzərdə tutulan səfəri barədə danışaraq bildirib ki, Moskva Patriarxlığının hazırda Ermənistanda 3 kilsəsi var: “Onlardan biri – İrəvanda, digəri Rusiyanın hərbi bazası yerləşən Gümrüdə, üçüncüsü isə Dağlıq Qarabağda yerləşir”.

Bu günə qədər Azərbaycanda heç bir məscid sökülməyib

Bu günə qədər Azərbaycanda heç bir məscid sökülməyib və bundan sonra da sökülməyəcək. Bu fikirləri də H.Orucov dini icmaların rəhbərləri ilə görüşündə səsləndirib. 
Komitə sədri qeyd edib ki, hansısa qeyri-qanuni yolla tikilən obyektin sökülməsinin DQİDK ilə heç bir əlaqəsi yoxdur.  
Məcsid və ibadət yerlərinin müqəddəs məkan olduğunu diqqətə çatdıran H.Orucov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən qanuni məscidlər var və burada vətəndaşların sərbəst ibadət etmələri üçün normal şərait yaradılıb. Onun sözlərinə görə, qanunsuz tikililər müvafiq icra strukturları tərəfindən sökülür. H.Orucov məscid inşa etmək istəyən şəxslərə də tövsiyyə verib: müqəddəs bina tikmək niyyətində olanlar bunu qanuniləşdirməlidirlər.

Dini ədəbiyyatın satan mağazalar qeydiyyata alınacaq

Ölkədə dini ədəbiyyatın satışı ilə məşğul olan mağazaların qeydiyyatına başlanılıb. Bu barədə açıqlamanı da H.Orucov verib.
Məsələ ilə bağlı xüsusi təlimatların hazırlanaraq təsdiq edildiyini bildirən H.Orucov bunun Ədliyyə Nazirliyi tərfindən də qeydiyyata alındığını qeyd edib. Onun sözlərinə görə, dini ədəbiyyat və dini əşyalar ixtisalaşdırılmış mağazalarda satılmalıdır. H.Orucov bildirib ki, dini ədəbiyyat və dini əşyalar kitab mağazalarında da bir guşə yaradılmaqla satıla bilər. Komitə sədri ərzaq və digər məhsulların satıldığı mağazalarda müqəddəs ədəbiyyatın satılmasının qəubuledilməz olduğunu söyləyib. Azərbaycana idxal olunan dini ədəbiyyatın sayının üç il bundan öncəyə nisbətən 20 dəfə artdığını vurğulayan H.Orucov ölkəmizdə də kifayət qədər dini ədəbiyyatın nəşr olunduğunu nəzərə çatdırıb. O, ölkəyə bir sıra İslam və xristian ölkələrindən zərərli dini ədəbiyatın da gətirildiyini xatırladıb və bildirib ki, belə ədəbiyyatların sayı isə təxminən 20 dəfə  azalıb. Onun sözlərinə görə, azalmanın səbəbi müvafiq dövlət qurumları ilə birlikdə lazımi tədbirlərin görülməsi ilə bağlıdır. 
URL / WWW
http://kelam.az/article/a-710.html