Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi əhaliyə xəbərdarlıq edir
13.09.12 14:56

Turizm mövsümündə biletlərin satışı ilə məşğul olan şirkətlərin fəaliyyətində qeydə alınmış şikayətlər və dələduzluq halları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi monitorinq aparıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu faktlar turizm fəaliyyətinə lisenziyası olmayan və fəaliyyətlərini qanunvericiliyə zidd şəkildə həyata keçirən şirkətlərdə aşkar edilib. Nazirlik bu cür xoşagəlməz halların qarşısını almaq üçün turizm xidmətlərindən istifadə edən vətəndaşları xəbərdar edir ki, turizm şirkətlərindən turizm fəaliyyəti üçün qüvvədə olan lisenziyanın təqdim edilməsini tələb etsinlər. Qeyd edək ki, vətəndaşlar bu istiqamətdə neqativ faktlar aşkar etdikdə, nazirliyin 147 qaynar xəttinə müraciət edə və yaxud nazirliyin saytına (www.mct.gov.az) müvafiq məlumatları göndərə bilərlər. Xatırladaq ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin istehlakçıların hüquqlarının qorunması və bu hüquqların pozulması hallarının aşkar edilməsi məqsədilə monitorinqlər davam edir.
URL / WWW
http://kelam.az/article/a-7099.html