Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QHT sektorunun inkişafı ilə bağlı Milli Fəaliyyət Proqramı hazırlanır
12.09.12 14:56

Bu gün Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında hazırlanan “QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın layihəsi tanınmış QHT mütəxəssislərindən ibarət işçi qrup tərəfindən müzakirə edilib. Şuradan “KƏLAMİNFO”ya verilən məlumata görə, müzakirələrdə sədr Azay Quliyev bildirib ki, cari ilin 25 mayında yaradılan işçi qrup Proqramın əsas layihə müddəalarını hazırlayıb və sənəd üzvlər arasında paylanıb. A.Quliyev qeyd edib ki, Proqram layihəsi ölkənin QHT sektorunun bütün mənzərəsini tam əks etdirir və onun növbəti mərhələdə ayrı-ayrı sahələr üzrə işlənərək təkmilləşdirilməsi üçün işçi qrup üzvləri arasında konkret iş bölgüsünün aparılması vacibdir. “QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın təqdim edilən layihə əsasında işçi qrup üzvləri tərəfindən ayrı-ayrı istiqamətlər üzrə işlənərək təkmilləşdirilməsi məqsədəuyğun sayılıb. Proqramın ilk variantının 30 sentyabrda müzakirəyə təqdim olunması qərara alınıb. Sənəd üzərində iş yekunlaşdıqdan sonra onun ictimai müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-7097.html