Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Leyla Əliyeva Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün açılışında iştirak edib
13.09.12 14:56

Bu gün Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva iştirak edib. Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri açılış mərasimində iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin Həştərxanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə güllər qoyublar. Körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. Ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin rəmzinə çevrilən körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib. Piyadalar üçün Dostluq körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunub. Sonra tədbirin iştirakçıları Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. Burada 7 böyük və bir neçə kiçik attraksion quraşdırılıb, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir şərait yaradılıb. Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-7096.html