Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanda 9-cu sinif şagirdləri üçün keçirilən payız imtahanının nəticələri açıqlandı
11.09.12 20:21

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu siniflər üzrə sentyabrın 9-da keçirilmiş payız imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Payız imtahanında iyun ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər və ya imtahanda iştirak edib, bir və ya iki fəndən müvəffəq qiymət ala bilməyən 9-cu sinif şagirdləri iştirak ediblər. Payız imtahanında 28000-dən çox şagirdin iştirak edib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı (30 riyaziyyat, 30 Azərbaycan dili) təqdim edilib. Bundan əlavə şagirdlərə təqdim edilmiş mövzu üzrə yazı işi də yerinə yetirilib. Ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alıblar. Nəticələr TQDK-nın rəsmi internet saytında (http://tqdk.gov.az/ortamekteb2012net9_p/) yerləşdirilib. Şagirdlər 7727 nömrəsinə SMS göndərməklə də öz nəticələrini öyrənə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-7092.html