Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri ötən il ümumilikdə 1671 medal qazanıblar
12.09.12 03:21

Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika birincilik və çempionatlarında 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, idman məktəblərinin yetirmələri milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal əldə ediblər. Onu da qeyd edək ki, ölkə üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar təhsil müəssisəsində maraq və qabiliyyətlərinə uyğun olaraq 226537 şagird müxtəlif dərnəklərə cəlb olunub.2012-ci ilin yanvarından hər şəhər və rayonda bir ümumi təhsil məktəbində şahmat fənninin tədrisinə başlanılıb. 2012-2013-cü dərs ilində 379 məktəbin II sinfində, 75 məktəbin III sinfində şahmat fənni tədris ediləcək. Bununla əlaqədar müvafiq proqram, dərs vəsaiti, o cümlədən elektron tədris resursları hazırlanıb məktəblərə çatdırılıb.
URL / WWW
http://kelam.az/article/a-7091.html