Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ADP namizədini irəli sürməyə tələsmir
11.09.12 20:21

Azərbaycan Demokrat Partiyası (ADP) qarşıdan gələn president seçkilərində hansı formada iştirak etməsi ilə bağlı hələ qərar verməyib. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında partiya sədri Sərdar Cəlaloğlu bildirib. O qeyd edib ki, çox güman ki, ADP Azərbaycanda bu məsələ ilə bağlı ən son qərar verən partiya olacaq: “Hələ ki partiyada hamı öz mövqeyini bildirməyib, hamı öz mövqeyini bildirəndən sonra partiya olaraq bu barədə qərar verəcəyik. Biz elə hesab edirik ki, tələsik öz namizədini irəli sürmək, hansısa qərarlar vermək müxalifətin bir araya gəlməsində ən çox əngəl olan məsələlərdən biridir”. S.Cəlaloğlu deyir ki, əgər doğrudan da müxalifətin bir araya gəlmək şansı tükənəcəksə, o zaman ADP öz mövqeyini ortaya qoyacaq: “Amma istənilən halda bu və ya digər formada prezident seçkilərində iştirak edəcəyik”. Qeyd edək ki, 2013-cü il oktyabrın 16-da Azərbaycanda növbəti prezident seçkiləridir.
URL / WWW
http://kelam.az/article/a-7090.html