Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxanda səfərdədir
12.09.12 03:21

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində səfərdədir. “KƏLAMİNFO” Həştərxan Qubernatorluğunun rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Ə.Həsənov Həştərxanın qubernatoru Aleksandr Jilkin ilə görüşüb. Görüşdə tərəflər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikiləcək bir neçə obyektin açılışı məsələlərini müzakirə ediblər. Bunlar arasında Rusiya Azərbaycan Dostluq Körpüsünün və “Arzu” uşaq şəhərciyinin açılış mərasimi sabah baş tutacaq. Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya üzrə nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın da iştirakı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-7088.html