Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Qurbanlı: “Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir”
12.09.12 00:45

«ASALA erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Vaxtilə Türkiyə qarşı yaradılmış bu terror təşkilatı xeyli zamandır fəaliyyət göstərmirdi. İndi ASALA hansısa qüvvələr tərəfindən yenidən dirildilib». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bəzi dairələr ASALA-nı regionda alətə çevirmək istəyirlər. Onun sözlərinə görə, amma bu gün dünya dəyişir, terrorun hamı üçün təhlükə olduğu dərk olunur. «Ona görə də inanmıram ki, ASALA-nı dirildənlər onun vasitəsilə öz məqsədlərinə çata bilsin. Səfirliklərimizin təhlükəsizliyi qorunur, bu yöndə dövlətimiz lazımi işlər görür. Azərbaycan ASALA-nın təhdidlərindən çəkinmir. Bu terror təşkilatını Ermənistan himayə edir. Ermənilər işğal olunmuş Dağlıq Qarabağ ərazisində də terror təşkilatları yaradıblar. Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir və yeri gələrsə, ASALA qat-qat güclü cavabını alacaq. «Evrovision-2012» mahnı müsabiqəsi ərəfəsində də terror cəhdi var idi. Amma ölkəmizin təhlükəsizlik orqanları bu cəhdlərin qarşısını lazımi səviyyədə aldılar. ASALA-nın bəyanatları sabun köpüyü kimi dağılıb gedəcək» - deyə YAP icra katibinin müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7084.html