Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rasim Ağayev: “Vaxt gələcək Ermənistan özü yalvaracaq”
12.09.12 00:45

“Ermənistanın Macarıstanla əlaqələr kəsməsi bu dövlətin növbəti ciddi səhvlərindən biridir. Ona görə də bir müddət sonra Ermənistan özü Macarıstanla diplomatik əlaqələri bərpa etmək üçün yalvaracaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. Politoloq deyir ki, Ermənistanın belə “özündən çıxması” yersizdir, çünki Macarıstan qanunvericiliyi Avropa standartlarına tam olaraq uyğundur: “Bilirsiniz ki, Norveçdə Breyvik 77 nəfəri qətlə yetirdiyinə görə cəmi 21 il aldı, Ramil Səfərov isə onun millətini, ölkəsini, bayrağını təhqir edən şəxsi öldürdüyünə görə ömürlük həbs cəzası almışdı. Breyvik hadisəsindən sonra Avropa Birliyi ölkələri öz qanunvericiliyinə yenidən nəzər yetirdi. O cümlədən də Avropanın ayrılmaz parçası olan Macarıstan bunu etdi. Macarıstan, nəhayət, bildi ki, Ramil Səfərov haqqında siyasi qərar qəbul edib. Sırf Ermənistanla Azərbaycan arasındakı münaqişəni nəzərə alaraq qərar verilmişdi. Ona görə də Macarıstan hökumətinin bu son qərarı humanist qərardır”. R.Ağayev deyir ki, 8 ildir həbsxanada yatan insanın vətəninə ekstradisiya edilməsi iki dövlət arasında bağlanmış hüquqi müqaviləyə əsasən edilib: “Azərbaycan ilə Macarıstan arasında olan ekstradisiya haqqında müqaviləyə uyğun olaraq Ramil Səfərov Bakıya gətirilib. Azərbaycan prezidentinin onu əfv etməsi düzgün addımdır. Macarıstanla diplomatik əlaqələri kəsən cırtdan Ermənistan nəyə qadir olacaq ki? Macarıstan öz qanununa uyğun olaraq addım atıb. Bu məsələ ilə diplomatik əlaqələri kəsmək arasında heç bir əlaqə yoxdur. Diplomatik əlaqələri çox böyük hadisələr zamanı kəsirlər. Macarıstanla diplomatik əlaqələri kəsmək onun özünə ziyandır, vaxt gələcək özü yalvaracaq. Bir müddət sonra Ermənistan özü yalvara-yalvara diplomatik əlaqələri bərpa edəcək”.
URL / WWW
http://kelam.az/article/a-7083.html