Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sumqayıtın yeni simvolu necə olacaq?
11.09.12 14:45

Avqustun 21-də Sumqayıtın giriş hissəsindəki simvol söküldü. Söhbət üzərində göyərçin qanadları olan 15 ədəd üst-üstə qoyulmuş və aşağıdan yuxarıya doğru spiral şəklində burulan daş plitələrdən ibarət 13 metrlik abidədən gedir. Abidənin sökülməsinə səbəb onun betondan hazırlandığı, artıq keyfiyyətini itirdiyi və yenilənmiş versiyası ilə əvəz olunmasının vacibliyi göstərildi. “KƏLAMİNFO” verdiyi xəbərə görə, yenisi ilə əvəzlənən simvol artıq hazırdır və hazırda tamamlama işləri görülür. Yeni simvol Sumqayıt Texnologiyalar Parkında hazırlanıb, üzəri isə xromdandır. İşçilərin verdiyi məlumata görə, işlər demək olar ki, yekunlaşıb. Bəzi yerlərdə qaynaq işləri aparılır. Uzunluğu 18-20 m olan simvola 3 daş əlavə olaraq artırılıb. Burada 12 işçi, 1 texnika fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-7080.html