Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Samir Şərifov və Elmar Rüstəmov İsveçrə qrupunun illik görüşündə iştirak ediblər
11.09.12 14:45

Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov İsveçrənin Montro şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında (DB) Azərbaycan Respublikasının təmsil olunduğu İsveçrə qrupunun illik görüşündə iştirak ediblər. Maliyyə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, İsveçrə qrupunun yaranmasının 20 illiyi münasibəti ilə keçirilən geniş iclasda qrupda təmsil olunan ölkələr- İsveçrə, Azərbaycan, Polşa, Serbiya, Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib. Eyni zamanda, nümayəndə heyəti “Maliyyə böhranının uzunmüddətli nəticələri” adlı seminarda da iştirak edib.Səfər çərçivəsində maliyyə naziri Samir Şərifov bir sıra ikitərəfli görüşlər keçirib. İsveçrə Konfedrasiyasının prezidenti və eyni zamanda maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpf ilə keçirilən görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. İkitərəfli əlqalərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan xanım Vidmer-Şlumpf ölkələr arasında əməkdaşlığın iqtisadi, xüsusilə energetika sahəsində daha da möhkəmləndirilməsində maraqlı olduqlarını ifadə efib. Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Filip Le Ueru ilə görüşdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, DB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırki icra vəziyyəti və ölkə tərəfdaşlığı strategiyasının əsas istiqamətləri müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-7079.html