Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Çox satılan kitabın formulu
10.09.12 20:12

Amerika nəşriyyatlarının ortaq formalaşdırdığı bir platforma olan “HipType” hər gün artan kitab sayını, mövzusunu, qəhrəmanları da nəzərə alaraq, çox səs gətirən əsərlərdən sadəcə bir neçə insanın oxuduğu kitaba qədər milyonlarla kitabı incələyərək satışı rekordlar qıran kitab üçün vacib olan şərtləri açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, “HipType”-ın əsas şərti belə olub: bir qadın qəhrəmanın 375 səhifəlik eşq macərası. Məhz bu formul ilə artıq satışı qarantiya olan bir kitab üçün nə etmək lazım olduğu sualının cavabı da sirr olmaqdan çıxıb. “HipType”-ın analizlərindən oxucular da yan keçə bilməyib. Belə ki, oxucuların fikirlərini və oxunaqlı bir kitaba qoyduqları şərtləri araşdıran zaman məlum olub ki, bir kitabın ortalama uzunluğu 375 səhifə olmalıdır. Bu həddi çox aşmaq təhlükəlidir. Çünki oxucuların 74%-i 400 səhifədən çox kitabı yarımçıq qoyduğunu deyib. Əgər kitab bölmə-bölmədirsə, yazara hər bölmənin 12 səhifədən artıq olmaması məsləhət görülür. Mütəxəssislər bildirir ki, ortalama fasiləsiz oxuma müddəti 20 dəqiqədir. İnsanın orta oxuma sürəti isə saatda 40 səhifədir. Odur ki, bölmədəki hekayənin yarım qalmaması üçün onun 12 səhifədən artıq olmaması məsləhət görülür. Baş qəhrəmanı qadın olan kitabların çox satılanlar siyahısına girmə şansı 40% faiz çoxdur. Əslində, kişilərin baş qəhrəmanı kişi olan kitablara daha çox maraq göstərdiyi bir həqiqətdir, lakin xəbərdarlıq edilir ki, əgər kitabınızın çox satması üçün kişilərə güvənsəniz, böyük yanlışa yol verərsiniz. Çünki kitabın sona qədər oxunması və onun detallarını paylaşmaqla reklam etməkdə qadınlar kişilərdən çox-çox üstündür. Yəni formulanın nüvəsində “qadın oxucunu tovlamaq” fikri durur. Bunun üçün hekayədə mütləq eşq macərası əsas yer tutmalıdır. Çünki romantikadan yoxsul qalmış müasir dünyanın qadınlarının ən sevimli mövzusu budur. Qadınlar arasında oxunaqlılıq baxımından eşq hekayələrini ədəbi romanlar və sosial-psixoloji əhəmiyyətli kitablar izləyir. Kişilər üçün ədəbi əsərlər, tarixi romanlar və araşdırma hekayələr ən maraqlı mövzulardır.
URL / WWW
http://kelam.az/article/a-7077.html