Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu il Bakı məktəblərinin 1609 məzun attestat almayıb
10.09.12 20:12

2011-2012-ci dərs ilində paytaxtın ümumtəhsil məktəblərinin XI siniflərində 21916 şagird təhsil alıb, bunlardan illik qiymətlərinə görə 755 şagird imtahanlara buraxılmayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva deyib. Onun sözlərinə görə, 664 (3,14%) şagird isə imtahanlardan “qeyri-kafi” qiymət alıb. Ümumilikdə XI sinifdə dərs ilinin sonunda imtahanlara buraxılan 21161 şagirddən 1609 (7,60%) məzun imtahan və illik qiymətlərə görə attestat almayıb. Əvvəlki illərdən qalanlardan 1337 nəfər məzun imtahan vermək hüququ qazanıb, onlardan 1026 (76,74%) nəfəri imtahanlardan müvəffəq qiymətlər alaraq attestat alıblar.
URL / WWW
http://kelam.az/article/a-7072.html