Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil naziri: “Şəxsən mən də bu işə qarışmıram”
10.09.12 20:12

“Məbəd kimi baxdığımız məktəbə hər adamı göndərməyə mənəvi haqqımız yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib. Nazir xatırladıb ki, bu il 16 mindən çox müəllim işə qəbul olmaq üçün ərizə verib və 3 minə yaxın müəllim isə işə qəbul olub: “Bu gün biz məktəbə göndərdiyimiz müəllimi kompyuter vasitəsilə və ədalətli seçirik. Şəxsən mən də bu işə qarışmıram. Komissiya və proqram var. Müəllim olmaq istəyən hər kəs internet vasitəsilə imtahan verir. Yer tuta bilməyən hazırlaşsın və növbəti ildə imtahan versin”. Kadr problemini tam aradan qaldırmağın hələ mümkün olmadığını diqqətə çatdıran M.Mərdanov bildirib elə insanlar olub ki, qəbul olduqları yerə getməyiblər: “Çünki onları həmin yerlər qane etmir. Kadr probleminin həlli bir-iki ilin işi deyil, ancaq bu istiqamətdə iş davam edir”.
URL / WWW
http://kelam.az/article/a-7070.html