Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Şagirdlərin köçürülməsinin qarşısını almaq üçün daha ciddi addımlar atılacaq
10.09.12 20:12

Orta ümumtəhsil müəssisələrində şagirdlərin bir məktəbdən digərinə köçürülməsinin qarşısını almaq üçün növbəti dərs ilində daha ciddi addımlar atmaq lazımdır. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib. Nazir vurğulayıb ki, məktəblərdə yuxarı siniflərdə şagirdlərin məktəbdən-məktəbə keçməsi hallarının olması həm idarəetmə, təhsilin keyfiyyəti, həm də statistik məlumatların toplanılmasında problemlər yaradır. “Heç kəsə sirr deyil ki, 10-11-ci siniflərdə bir çox valideyn yalandan guya uşağının məktəbini dəyişir, amma məktəbə qoymur. Müəllimləri evində repetitorluğa cəlb edir, şagirdin adı bir məktəbdən çıxıb o biri məktəbə gedir və beləliklə, çox ciddi problemlər yaranır”. M.Mərdanov onu da qeyd edib ki, repetitorluğun həm müsbət, həm mənfi tərəfləri var. “Dünyanın hər yerində repetitorluq olub və olacaq. Amma repetitorluq təhsilin keyfiyyətinə təsir göstərməməlidir”. Nazir əlavə edib ki, bu il orta məktəblərin birinci sinfinə gedən şagirdlərin sayının 5046 nəfər artacağı proqnozlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-7069.html