Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Nailə Rzaquliyeva: “Əsas devizimiz təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi olacaq”
10.09.12 20:12

“Bizi qarşıda çox mühüm işlər gözləyir. 2012-2013-cü dərs ilində əsas devizimiz təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva paytaxtın təhsil işçilərinin sentyabr konfransındakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu məqsədə çatmaq, cəmiyyətə yüksək təhsilli insanlar yetişdirmək müəllimlərin əsas vəzifəsi və mənəvi borcu olaraq qalır. “Ona görə də bu gün müzakirə edilən hər bir məsələ məktəbdə, pedaqoji kollektivlərdə təhlil edilməli, qabaqcıl təcrübəyə əsaslanan təlim metodlarının tətbiqinə şərait yaradılmalıdır. Məktəblərimizdə bu işləri həyata keçirəcək kadr potensialı var”.BŞTİ-nin əldə etdiyi uğurlar barədə ətraflı məlumat verən N.Rzaquliyeva bildirib ki, həm ümumtəhsil, həm də məktəbdənkənar təhsil sahəsində qazanılan nəticələrlə yanaşı, təbii ki, müəyyən nöqsanlar da olub. Onun sözlərinə görə, nöqsanlar və problemlər Təhsil İdarəsinin Təhsil Şurasında vaxtaşırı müzakirə edilərək müvafiq tədbirlər görülüb.
URL / WWW
http://kelam.az/article/a-7068.html