Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Yaşı 65 və ondan yuxarı olan müəllimlər və məktəb direktorlarının əksəriyyəti vəzifəsindən uzaqlaşdırılıb
11.09.12 02:12

“Ötən il ümumtəhsil müəssisələrində yaş senzi ilə bağlı ciddi tədbirlər gördük. Belə ki, yaşı 65 və ondan yuxarı olan müəllimlər və məktəb direktorlarının əksəriyyəti vəzifəsindən uzaqlaşdırıldı”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. Nazir əlavə edib ki, parlamentin qəbul etdiyi və dövlət başçısının təsdiqlədiyi qanunda onlara 2 faiz saxlamaq imkanı verilib: “Mən bu gün də o fikirdəyəm ki, bu, çox humanist bir addımdır. Bizim əsas vəzifəmiz yaşı çatanları vəzifəsindən uzaqlaşdırmaq deyil, Azərbaycan təhsilinə ləyaqətlə xidmət edən müəllimləri saxlamaqdır. Hesab edirəm ki, hər bir insanı vəzifədən çıxarmazdan əvvəl bir az düşünmək lazımdır”. Nazir əlavə edib ki, millətinə xidmət edən müəllimləri saxlamaq lazımdır. O, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinə də toxunub və bildirib ki, bu istiqamətdə iş gedir: “Bu, uzun bir prosesdir və bu barədə əlavə nəsə deyə bilmərəm”.
URL / WWW
http://kelam.az/article/a-7066.html