Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramil Həsənov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin toplantısına qatılacaq
11.09.12 02:12

TÜRKPA baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti 12 sentyabr tarixində Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin (AQFETM) Yubiley İclası və Xarici İşlər Nazirlərinin IV görüşündə ilk dəfə olaraq müşahidəçi qismində iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Səfər zamanı R.Həsənovun Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıkhanovla görüşü nəzərdə tutulub. Eyni zamanda baş katib Xarici İşlər Nazirlərinin IV görüşündə TÜRKPA-nın fəaliyyəti, görülmüş işlər və gələcək layihələr barədə çıxış edəcək. Səfərdə R.Həsənovu müavini Mels Semgaliyev və Beynəlxalq Əlaqələr Komissiyasının katibi Emin Həsənov müşayiət edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-7065.html