Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sərdar Cəlaloğlu: “AXCP və Müsavat daim fərdi maraqları əsas götürür”
10.09.12 20:12

“Hadisələr göstərir ki, 20 ildir Azərbaycan müxalifətində ayrı-ayrı siyasi liderlər, xüsusilə AXCP və Müsavat rəhbərliyi nəinki seçkilərdə, bütün proseslərdə milli maraqlarla ölkə maraqları fonunda ancaq fərdi və firqə maraqları əsas götürürlər”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.O qeyd edib ki, son 20 ildə son parlament seçkiləri istisna olmaqla AXCP və Müsavat arasında çox ciddi firqə davası gedir: “Ola bilsin ki, indiki halda İctimai Palatada hər iki partiyanın marağı tələb edir ki, susqunluq olsun, amma buna baxmayaraq, əsas mahiyyətləri odur ki, hər iki partiya firqə və qrup maraqlarını əsas götürərək qarşıdan gələn prezident seçkilərinə gedəcəklər”. Partiya sədri deyir ki, 20 il keçməsinə baxmayaraq, nəinki prezident seçkilərində, ümumiyyətlə, bütün siyasi proseslərdə Azərbaycan müxalif partiyalarının, xüsusilə də AXCP və Müsavat partiyalarının milli, ölkə maraqlarını əsas götürməsi məsələsi hələ də sual yaradır: “Bütün bunlar sübut edir ki, hələlik Azərbaycanın bəzi müxalif partiyaları bu sınaqlardan çıxmayıb”.
URL / WWW
http://kelam.az/article/a-7064.html