Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aydın Mirzəzadə: “Ermənistan sivil qaydalara hazır deyil”
11.09.12 02:12

“Erməni diasporunun son bəyanatları göstərdi ki, onlar üçün müqəddəs heç bir şey qalmayıb”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan PArtiyasının Siyasi Şuranın üzvü, deputat Aydın Mirzəzadə bildirib. O qeyd edir ki, ASALA terror təşkilatının azərbaycanlılara qarşı hədə dolu bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, Ermənistan hakimiyyətində etnik təcavüzə meyillilik güclüdür: “İndi elə bir dövrdür ki, istənilən fikir ayrılığını sivil qaydada, beynəlxalq hüquq normaları çərçivəsində həll etmək olar. Amma görünən odur ki, Ermənistan buna hazır deyil”. A.Mirzəzadə deyir ki, bu gün dünya ictimaiyyətinin qarşısında duran əsas məsələlərdən biri terrorla mübarizədir və bütün beynəlxalq təşkilatlar daim bu mübarizəyə dəstək verir: “Lakin təəssüflər olsun ki, azərbaycanlı zabitin öz vətəninə qayıtmasına ağız dolusu etiraz bəyanatları verən bəzi təşkilatlar erməni terror təşkilatının dünya azərbaycanlılarını hədələməsinə susur”. Deputat onu da bildirir ki, ASALA terror təşkilatı bəyanatları ilə Ermənistanın nüfuzunu zərbə altında qoyur.
URL / WWW
http://kelam.az/article/a-7063.html