Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Abbasov Dünya İqtisadi Forumunda iştirak etmək üçün Çinə gedib
11.09.12 01:11

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dünya İqtisadi Forumunun direktoru Borge Brendenin dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər 10-13 sentyabr tarixlərində Çinin Tiancin şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində Azərbaycanı təmsil etmək məqsədi daşıyır. Yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq kimi məsələləri gündəmə gətirəcək sammitdə İKT-nin inkişafı, innovativ texnologiyaların iqtisadi inkişafa təsiri, eləcə də bu sahələrdə hökumətin rolu kimi mövzuların müzakirəsi də nəzərdə tutulur. Sözügedən tədbirdə iştirak son illər Azərbaycanda əldə olunmuş nailiyyətlərin təbliği, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələrin dəstəklənməsinə və reallaşdırılmasına da öz töhfəsini verəcək. Sammit həmçinin müxtəlif ölkələrin İKT üzrə tanınmış şirkətləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarını da genişləndirəcək.
URL / WWW
http://kelam.az/article/a-7062.html