Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xələf Xələfov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
07.09.12 14:57

Bu gün Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabeni qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Qəbulda Səfir Şusuki Vatanabe 2012-ci ilin ölkələrimiz üçün çox əlamətdar il olduğunu qeyd edib və ölkələrimiz arasında mövcud olan münasibətlərdən məmnunluğunu bildirib. X.Xələfov Azərbaycan və Yaponiya arasındakı münasibətlərin hazırkı yüksək səviyyəsindən razılıq ifadə edib və Yaponiyanın ölkəmizin xarici siyasətində prioritet ölkələrdən olduğunu söyləyib. İki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən mədəniyyət, təhsil və iqtisadi sahədə uğurla davam etdirildiyini qarşı tərəfin diqqətinə çatdıran X. Xələfov bunun əsasında yüksək səviyyəli siyasi dialoqun olduğunu vurğulayıb. Görüşdə Ş.Vatanabe Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı Yaponiyanın baş naziri Yoşihiko Noda adından Azərbaycan Prezidenti İlham Əliyevə, Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba adından isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış təbrik məktublarını nazir müavini Xələf Xələfova təqdim edib. X.Xələfov öz növbəsində Prezident İlham Əliyev adından Yaponiyanın baş naziri Yoşihiko Nodaya, nazir Elmar Məmmədyarov adından isə bu ölkənin xarici işlər naziri Koiçiro Qembaya ünvanlanmış təbrik məktublarını qarşı tərəfə təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-7061.html