Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Türkiyə arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair yeni sənəd imzalanıb
07.09.12 14:57

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 7-ci iclasının Protokolu çərçivəsində əməkdaşlıq məsələlərini həll etmək üçün yaradılmış İşçi Qrupun ikinci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Namık Ata imzalayıb. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda hər iki ölkə vətəndaşlarının əmək, sosial müdafiə, məşğulluq və yaşayış icazələri məsələlərində qarşılaşdıqları problemlərin müəyyən edilməsi və həll edilməsi istiqamətində görüləcək tədbirlərin müəyyənləşdirilməsi məsələsi geniş müzakirə olunub. İclasın nəticəsi olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında 5 may 1997-ci il tarixində Ankara şəhərində imzalanmış Əməkdaşlıq Sazişinin günün şərtlərinə uyğun olaraq yenidən işlənməsi və tərəflərin müvafiq ölkədaxili prosedurları rəsmi olaraq tamamlandıqdan sonra əlaqədar nazirliklər tərəfindən imzalanması barədə razılığa gəlinib. Bununla yanaşı, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair yeni bir sazişin imzalanması qərarlaşdırılaraq, həmin saziş layihəsi üzrə razılıq əldə edilib. Tərəflərin müvafiq ölkədaxili prosedurları rəsmi olaraq tamamlandıqdan sonra həmin saziş imzalanacaq.
URL / WWW
http://kelam.az/article/a-7057.html