Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair nəşrlər çap edilib
06.09.12 20:10

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə koalisiya şəklində hazırladıqları “Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT komitəsinə nativ hesabatın hazırlanması və təqdim edilməsi”, “Qadınlarla bağlı məsələlərin həllində və qərar qəbuletmədə vətəndaş iştirakçılığı ilə bağlı siyasət sənədi” və “Stereotipləri qıraq! Qadın polisləri ilə bağlı miflər” adlı nəşrləri təqdim edib. “KƏLAMİNFO”nun məlumatına görə, tədbirdə çıxış edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, sözügedən nəşrlər ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “Qadın İştirakçılığı Proqramı”nın bir hissəsi kimi həyata keçirilən “Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı İctimai Vəkillik” layihəsi çərçivəsində çap olunub. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və digər iştirakçılar nəşrin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, çap olunan nəşrlər QHT-lərlə yanaşı, dövlət qurumları üçün də əhəmiyyətlidir.
URL / WWW
http://kelam.az/article/a-7054.html