Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğan: “Bütün bölgədə qiyamət qopar”
07.09.12 02:10

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyada 18 aydır davam edən böhran və İranın nüvə proqramı ilə bağlı açıqlamalar verib. “KƏLAMİNFO” xəbər verir ki, Ərdoğan İstanbulda CNN televiziyasının məşhur aparıcısı Kristian Amanpurun suallarını cavablandırıb. Baş nazir hazırda Amerikadan gözlənilən çox şey olduğunu, ancaq Amerikanın hələ bu gözləntiləri yerinə yetirmədiyini söyləyib. Ərdoğan amerikalıların bunun səbəbi haqda hər hansı açıqlama vermədiyini bildirib və “bəlkə də səbəb Amerikadakı seçkilərdir” deyib. Türkiyə hökumətinin rəhbəri eyni zamanda Vaşinqtona Suriya rejiminə qarşı olduğunu açıqladığı üçün minnətdar olduqlarını söyləyib. Baş nazir qeyd edib ki, yalnız Türkiyə üçün deyil, bütün bölgə və dünya üçün ən böyük təhlükə kütləvi qırğın silahlarından və kimyəvi silahlardan istifadə olunmasıdır. İsrailin İrana hücum ehtimalıyla bağlı suala cavabında isə Ərdoğan buna inanmadığını deyib: “İsrailin böyük hücum təşkil edəcəyinə inanmıram. Bu, zəif ehtimaldır. Əks təqdirdə bütün bölgədə qiyamət qopar”.
URL / WWW
http://kelam.az/article/a-7053.html