Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Cəza çəkməkdən azad edilən gənclərin məşğulluğunun artırılması istiqamətində iş aparılacaq
07.09.12 02:10

“Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə “İkinci Şans” layihəsinin icrasına başlayıb. İB-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu layihə çərçivəsində ölkəmizdə ilk dəfə olaraq penitensiar müəssisələrdən azad edilən gənclərin məşğulluğunun artması istiqamətinə tutarlı və kompleks işlər aparacaq. Qeyd edilib ki, penitensiar müəssisələrdən azadlığa buraxılan gənclər bir çox hallarda cəmiyyətə inteqrasiya prosesində rastlaşdıqları çoxsaylı problemlər səbəbindən yenidən cinayət törədərək təkrarən məhkumluq həyatı yaşamalı olurlar. “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin apardığı araşdırmalara görə, əvvəllər məhkumluğu olan gənclərin azadlıqda rastlaşdıqları ən ciddi problem məşğulluqdur: “Məhz bu səbəbdən birliyin növbəti layihəsi sırf bu istiqamətə yönəlib”.Bildirilib ki, layihə iki istiqamətdə iş aparacaq. Birinci istiqamət olaraq gənc məhkumlar üçün azadlığa hazırlıq kursları nəzərdə tutulub. İkinci istiqamət olaraq isə cəmiyyətin keçmiş məhkum haqqında fikri, işəgötürənlərin onlara qarşı mənfi münasibətinin dəyişdirilməsi istiqamətində aksiyalar reallaşdırılacaq. Qeyd edək ki, “İkinci Şans” layihəsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramının 6.4- cü bölməsi (gənclərin məşğulluğunun təmin edilməsi) və 6.6.6-cı bəndinin (əvvəllər məhkum olunmuş gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi) icrasına yönəlib.
URL / WWW
http://kelam.az/article/a-7052.html