Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Toru Kajivara: “Azərbaycanda seysmoloji tədqiqatlar çox yüksək səviyyədə aparılır”
06.09.12 20:10

Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümüyəndə heyəti Azərbaycana səfəri çərçivəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Bakı stansiyasında olublar. Məlumatı “KƏLAMİNFO”ya AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən veriblər. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli yaponiyalı seysmoloqlara stansiyanın işi barəsində ətraflı məlumat verib. Qonaqlara bildirilib ki, mərkəzin hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən 31 telemetrik peyk rabitəsi ilə işləyən stansiyalarından gələn siqnallar Bakı stansiyasında toplanılır və emal edilir. Stansiyanın işi ilə yaxından tanış olan T.Kajivara AMEA RSXM-də aparılan işləri yüksək qiymətləndirib: “Azərbaycanda həqiqətən də seysmoloji tədqiqatlar çox yüksək səviyyədə aparılır” deyən qonaq ölkəmizdə seysmologiyaya dair tədqiqatların ən müasir avadanlıqlarla aparılmasını müsbət hadisə adlandırıb. Onun sözlərinə görə, bu sahədə Azərbaycan seysmoloqları nəinki MDB məkanındakı ölkələr, dünyanın əksər ölkələrindən də öndədirlər. Yaponiya seysmoloqlarında Azərbaycanda aparılan işlərin maraq doğurduğunu deyən qonaq ikitəfli əməkdaşlığı inkişafının hər iki ölkə üçün səmərəli olacağına əminliyini ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-7050.html