Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Azərbaycanda proporsional seçki sisteminin bərpa olunmasına ehtiyac yoxdur”
01.02.10 21:40

Azərbaycanda proporsional seçki sisteminin bərpa olunmasına ehtiyac yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov səsləndirib. Z.Əsgərov bildirib ki, bu məsələni indi yox, referendum zamanı qaldırmaq lazım idi. “Buna ehtiyac yoxdur. Düzdür, ölkədə çoxlu partiyalar var. Amma bu proses hələlik klassik sistem formasina gəlib çatmayib. Niyə majoritar sistemdən qorxursunuz?”,-deyə Z.Əsgərov vurğulayıb. Z.Əsgərov həmçinin həbsdə olan jurnalistlərlə bağlı məsələyə də toxunub. “Jurnalistlər də digər vətəndaşlar kimi qanun qarşısında bərabərdirlər. Hər kəs törətdiyi əmələ görə məsuliyyətə cəlb olunmalıdır. İndi deputatın şərəf və ləyaqəti tapdanıb. O, nə etsin? Bu məsələnin sivil həlli yolu məhkəməyə müraciət etməkdir”,-deyə vitse-spiker əlavə edib. Millət vəkili Cəmil Həsənli isə Azərbaycanda “Neft haqqında” qanunun qəbul olunması təklifini irəli sürüb. Deputat Mübariz Qurbanlı “İşğal altındakı ərazilər haqqında” qanunun qəbul olunmasını təklif edib. Onun sözlərinə görə, bu qanunla işğal olunan ərazilərin statusu müəyyən edilməlidir: “Bu qanunun qəbulu çox vacibdir. İşğala məruz qalan ölkələrin çoxunda bu cür sənəd qəbul edilib. Hesab edirəm ki, belə bir qanunun qəbul olunması həm hüquqi, həm də beynəlxalq baxımdan əhəmiyyətlidir”,-deyə M.Qurbanlı vurğulayıb. Deputat Pənah Hüseyn parlamentdə Dağlıq Qarabağla bağlı məsələnin müvafiq icra hakimiyyətlərinin iştirakı ilə müzakirəsinin təşkil olunması təklifini irəli sürüb. O, həmçinin Amnistiya elan olunmasının və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasının vacibliyini qeyd edib. Millət vəkili Qüdrət Həsənquliyev isə Azərbaycan Silahlı Qüvvələrindəki vəziyyətlə bağlı məsələnin Milli Məclisdə müzakirəsinin vacib olduğunu söyləyib.
URL / WWW
http://kelam.az/article/a-705.html