Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU ilə Anadolu Universiteti arasında əlaqələr genişlənir
05.09.12 15:20

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Anadolu Universitetinin nümayəndə heyətini qəbul edib. BDU-nun mətbuat və informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini professor Mustafa Cavcar, Aviasiya və Kosmos Elmləri dekanı, professor Mehmet Şerif Kavsaoğlu, Azərbaycan Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın, Türkiyə səfirliyinin II katibi Bahar Doğan iştirak ediblər. Akademik A.Məhərrəmov Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən, qloballaşan dünyada hər iki ölkənin birgə addımlamasından bəhs edib. Rektor həmçinin BDU-nun Türkiyənin bir çox universiteti ilə əlaqəsinin olduğunu, Ankara Universitetinin hüquqşünas hazırlığı ilə bağlı ikili diplom verəcəklərini qonaqların diqqətinə çatdırıb. D.Aydın rektoru olduğu Anadolu Universiteti haqda ətraflı məlumat verib. O bildirib ki, 1 milyondan çox tələbəsi olan universitetin 16 fakültəsi, 7 institutu, 42 araşdırma mərkəzi, 1 konservatoriyası, 1 “TRT-okul” televiziya kanalı, 2 studiyası var. Rektor D.Aydın səfərdə əsas məqsədin BDU və Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarət olduğunu söyləyib. Söhbət zamanı bununla bağlı bir sıra məsələlər də müzakirə edilib. Qonaqlar BDU-nun Nanoaraşdırmalar, Nüvə Maqnit Rezonans, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyalarında, Heydər Əliyev muzeyində, Elektron Tədris Mərkəzində olublar.
URL / WWW
http://kelam.az/article/a-7044.html