Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan XİN: “Hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək”
05.09.12 15:20

“ASALA” terror təşkilatı tərəfindən Azərbaycan vətəndaşlarına, diplomatlarına qarşı törədiləcək hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.O qeyd edib ki, Ermənistan rəhbərliyi bu terror təşkilatının törədəcəyi hər şeyə cavabdehdir: “ASALA-nın dünənki təhdidindən sonra Azərbaycanın bütün diplomatik nümayəndəliklərinə təlimatlar verilib ki, öz təhlükəsizlikləri ilə bağlı yerləşdikləri ölkələrin müvafiq orqanlarına müraciət etsinlər. Eyni zamanda, xaricdəki bütün diplomatik nümayəndəliklərimizin vəziyyəti tərəfimizdən daim izlənir”. E.Abdullayev deyib ki, Ermənistan rəhbərliyinin təhdid dolu çıxışları, aqressiv ritorikaları onu göstərir ki, İrəvan terrorçuluğa himayədarlıq edir: “Ermənistan rəhbərliyinin isterikası yalnız populizm və yerli seçkiqabağı ərəfədə ultramilliyətçi dairələrin maraqlarına uyğun addımlar atılması məqsədini güdür”.
URL / WWW
http://kelam.az/article/a-7042.html