Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA şöbə müdiri: “Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması işğal faktının təsdiqi olacaq”
05.09.12 15:20

“Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması ilə özünü tam ifşa edəcək və bu onların bu günə kimi yayınmağa çalışdığı işğal faktının təsdiqi olacaq”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. “Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsi heç də burada yaşayan erməni əhali ilə Azərbaycan dövləti arasındakı münaqişə deyil. Bunun arxasında birbaşa Ermənistan dövləti durur, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur. Bu iddialar etnik separatizm formasında ortaya çıxıb, Azərbaycan əraziləri bu fonda işğal olunub. Ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal edərək açıq şəkildə Ermənistana birləşdirmək istəyirlər. Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması və Ermənistana birləşdirilməsi ilə bağlı çağırışlar olacaqsa, o zaman açıq-aşkar ortaya çıxacaq ki, Ermənistan bu torpaqları işğal edib və Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir və yaxud da onu başqa şəkildə Azərbaycandan qoparmaq istəyir”.
URL / WWW
http://kelam.az/article/a-7040.html