Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
02.02.10 03:40

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, komitənin sədri Şəmsəddin Hacıyev 2009-ci ilin payız sessiyası ərzində komitənin gördüyü işlər barədə məlumat verib. Ş.Hacıyev bildirib ki, hesabat dövründə Elm və təhsil komitəsinin 4 iclası keçirilib və gündəliyə daxil olan 7 məsələyə baxılıb. Ötən payız sessiyasında geniş müzakirələrdən sonra ölkə üçün çox əhəmiyyətli olan “Təhsil haqqında” qanun qəbul edilib. Bu müddətdə iki qanun layihəsinin - “Elm və dövlət elmi-texniki siyasəti haqqında” və “Ali təhsil haqqında” sənədlərin hazırlanması istiqamətində işlər görülüb. Hesabat dövründə komitəyə 79 müraciət daxil olub. Ş.Haciyev komitədə 2010-cu ilin yaz sessiyası zamanı görüləcək işlər barədə də danışıb. Qeyd edib ki, komitənin iş planına “Elm siyasəti haqqında”, “Ali təhsil haqqında”, “Kəşflərin hüquqi qorunması haqqında” qanun layihələri daxil edilib, eyni zamanda digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-704.html