Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Ermənistan hələ də sivil beynəlxalq münasibətlərə uyuşmur”
06.09.12 14:20

“Erməni terror siyasətinin tarixi əsrin əvvəllərinə gedib çıxır. Ermənilər daima öz məqsədlərinə nail olmaq, xüsusilə qonşu xalqlarla münasibətlərini araşdırmaq, ərazi, əhali və digər məsələləri həll etmək üçün terror üsulundan mütəmadi olaraq istifadə ediblər”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ASALA terror təşkilatının Azərbaycanın xaricdəki diplomatik korpuslarını terrorla hədələməsinə münasibət bildirərkən deyib. “Bu gün də bu fakt göstərdi ki, onların bu təşkilatları heç də yox olmayıb, heç də keçmiş deyil, sadəcə olaraq məqam gözləyirlər, əllərinə fürsət düşən kimi bundan istifadə edirlər” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi ermənilərin vicdanına yazılacaq onlarla belə hadisənin olduğunu söyləyib. “Metro, avtobus partladılması, dinc əhaliyə qarşı həyata keçirilən terror aktları, Xocalı soyqırımı, Daşaltı, Malıbəyli hadisələri. Ermənilər bəşəriyyətə qarşı onlarla belə terror hadisəsi həyata keçiriblər. O cümlədən xarici ölkələrdə türk diplomatlarına, səfirlərinə, azərbaycanlılara qarşı reallaşdırılan terror aktları bütün dünyanın gözü önündə baş verib. Sonra da həmin terrorçuları Ermənistana gətirərək əfv edib, milli qəhrəmana çeviriblər. Bunlara biz və bizim keçmiş nəsillər şahid olub. İndi də Azərbaycanın xaricdəki diplomatlarının, xaricdəki diaspor təşkilatlarımızın, tələbələrimizin hədələnməsi bilavasitə onu göstərir ki, Ermənistan dövləti hələ də sivil beynəlxalq münasibətlərə uyuşmur, hələ də bu dövlət bəşəriyyətə, insanlığa, o cümlədən azərbaycanlılara qarşı terror aktlarından, hədə-qorxulardan və digər hallardan istifadə etmək fikrindən əl çəkməyib”. Ə.Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti bütün bunları nəzərə alır, öz vətəndaşlarının təhlükəsizliyinin təmini üçün bütün lazımı tədbirlər görür və bundan sonra da görəcək.
URL / WWW
http://kelam.az/article/a-7039.html