Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident orta təhsil ocaqlarının təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
06.09.12 15:20

Prezident İlham Əliyev bu gün Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə yaxından tanış olub. Ətraf ərazilərdə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin yeni sinif otaqlarına olan tələbatı nəzərə alınaraq təhsil burada 36 əlavə sinif otağı üçün nəzərdə tutulub, 660 şagird yerlik, üçmərtəbəli yeni tədris korpusu da inşa olunub. Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, yeni korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb. Yeni korpusdakı sinif otaqlarında da müasir təhsil üçün hər cür şərait yaradılıb. Korpusun mansardında ibtidai sinif şagirdləri üçün idman və internet şəbəkəsinə qoşulmuş müasir kompyuter zalları fəaliyyət göstərəcək. Kompyuter zalı şagirdlərin informatika sahəsində biliklərinin artırılması üçün digər vəsaitlərlə də təmin olunub. Məktəbin həyəti və ətraf ərazi abadlaşdırılıb, yaşıllaşdırma işləri görülüb. Həyətyanı sahədə yeni qazanxana tikilərək müasir istilik avadanlığı ilə təchiz olunub. Tədris korpusunun istiliklə təminatı tam həll edilib, su, işıq və kanalizasiya xətləri çəkilib, məktəbin içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülüb. Sonra prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısı burada da məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb. Görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verilib. Dövlət Proqramına uyğun olaraq 21 nömrəli tam orta məktəbin əsaslı təmiri və şagird sıxlığının aradan qaldırılması məqsədi ilə 16 əlavə sinif otağının tikintisi yüksək səviyyədə həyata keçirilib. Məktəbin 25 sinif otağı, o cümlədən fizika, kimya, biologiya, informatika kabinetləri və laboratoriyalar müasir avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin edilib. Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış olub.
URL / WWW
http://kelam.az/article/a-7038.html