Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın İordaniyaya təyin olunmuş səfiri etimadnaməsini Kral II Abdullaha təqdim edib
04.09.12 20:58

Azərbaycanın İordaniya Haşimilər Krallığına yeni təyin olunmuş səfiri Sabir Ağabəyov Basman sarayında etimadnaməsini Kral II Abdullaha təqdim edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevin iordaniyalı həmkarına səmimi salamlarını çatdıran səfir hər iki ölkə başçısı arasındakı səmimi dostluq münasibətləri sayəsində Azərbaycan-İordaniya əlaqələrinin sürətlə inkişaf etməsindən danışıb. Öz növbəsində, Azərbaycan prezidenti və yaxın dostu İlham Əliyevə səmimi salamlarının və xoş arzularının çatdırılmasını xahiş edən Kral II Abdullah ölkəmizin yeni səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı S.Ağabəyov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) cari il oktyabrın 16-da Bakıda keçiriləcək 12-ci sammitində iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən İordaniya Kralına ünvanlanmış dəvət məktubunu Kral II Abdullaha təqdim edib. Görüşdə səfirliyin müşaviri Hüseyn Rəhimli, Kral Divanının rəhbəri Riyad Əbu Kərəki və İordaniyanın xarici işlər naziri Nasir Cudeh iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-7035.html