Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “ABŞ münaqişəni Serj Sarkisyan vasitəsilə başlamaq istəyir”
05.09.12 02:58

“Faktiki olaraq indiki şəraitdə Suriya erməniləri bu ölkədə ABŞ-ın maraqlarına xidmət edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Suriya xristian icmasının Bəşər Əsədi dəstəkləyən bəyanatını erməni icmasının təkzib etməsi də bunu göstərir: “Digər tərəfdən, ABŞ-ın Serj Sarkisyana xüsusi münasibəti heç kimə sirr deyil. ABŞ-ın fikrincə, Sarkisyan Ermənistanı Rusiyadan qaçıra bilən yeganə şəxsdir. ABŞ sonu Rusiyanın Qafqaz regionundan sıxışdırılıb çıxarılması ilə nəticələnəcək münaqişəni Serj Sarkisyan vasitəsilə başlamaq istəyir”. M.Əhmədoğlu deyir ki, Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın Qafqaz regionu ilə bağlı planları başa çatanadək həll olunması mümkün deyil: “Dağlıq Qarabağ problemi ABŞ-ın əlində Rusiyanı dağıdan faktor kimi yenidən fəaliyyətə başlamalıdır. Vaxtilə ABŞ SSRİ-ni də ermənilərin yaxın iştirakı ilə dağıtmışdı. Missiyanı uğurla yetirib Rusiyadan zərbə əvəzinə mükafat alan ermənilər indi də həmin yolu getmək istəyirlər”.
URL / WWW
http://kelam.az/article/a-7031.html